Logo

BANM-də Tələbələrin İctimai Dinləmə Platforması layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

28.05.2023 21:56 288 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən Tələbələrin İctimai Dinləmə Platforması layihəsi çərçivəsində tələbələrlə görüş təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi müxtəlif sahələrdən olan tanınmış ekspertlərlə görüşüb onların təcrübələrindən faydalanmaq və tələbələrin müxtəlif sahələrlə bağlı dünyagörüşünü artırmaqdır.

Tədbirdə Əməkdar jurnalist, professor Qulu Məhərrəmli "Azərbaycan Cümhuriyyətinin dövlətçilik tarixində yeri" və tarixşünas, ədəbiyyatşünas, professor Ədalət Tahirzadə "Azərbaycan Cümhuriyyətində təhsil siyasəti" mövzusunda çıxış ediblər. Onların çıxışı tələbələr tərəfindən maraqla qarşılanıb.

Tədbir sual-cavab və fikir mübadiləsi ilə davam etdirilib.

Xəbər lenti