Logo

BSU Şəmkirdə İnklüziv təhsilin nəzəri və tətbiqi məsələlərinin müzakirəsini keçirib - FOTO

28.05.2023 09:55 395 baxış
IMG

Bakı Slavyan Universiteti (BSU) İnklüziv təhsil sahəsində maarifləndirmə və praktik yardım işi çərçivəsində növbəti tədbirini mayın 26-da Şəmkir rayonunda Heydər Əliyev Mərkəzində keçirib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, “İnklüzivliyə doğru növbəti addım” mövzusunda keçirilən tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon təhsil şöbələrinin əməkdaşlarının, məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbərlərinin, müəllimlərin və psixoloqlar iştirak ediblər.

Tədbiri BSU-nun rektoru Anar Nağıyev açaraq, inklüziv təhsilin mahiyyəti, əhəmiyyəti, normativ hüquqi sənədlərdə ona verilən tələblər, inkişaf etmiş və inkişafda olan ölkələrdə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğıdan və yaradılan şəraitdən danışıb. O, Ümummilli lider Heydər Əliyevin qaygısı və diqqəti sayəsində əsası qoyulan işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sahəsində yaradılan şəraitdən bəhs edib və dünya standartlarına cavab verən infrastrukturun yaradılması məsələlərini xüsusi vurğulayıb. Rektor peşəkar kadrların hazırlanması sahəsində BSU-nun qarşısında duran hədəflərə aydınlıq gətirib. Pedaqoji kadrların və valideynlərin inklüziv təhsil sahəsində maarifləndirilməsi məqsədilə bu günə kimi həyata keçirilən işlərin məzmununu diqqətə çatdırıb Bu işlərin yekunu olaraq iyunun 2-də BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı II Respublika elmi-praktik konfransın təşkil olunacağını vurğulayıb. O, bildirib ki, bu günkü toplantıdan gözləntisi inklüziv təhsil sistemi üçün tədris imkanları və idarəetmə, pedaqoji resursların təkmilləşdirilməsi, universitetlə yerli icmalar və ümumi təhsil məktəbləri arasında əlaqənin yaradılması, qarşıya çıxa bilən hər hansı problemin müzakirəsi və onun aradan qaldırılmasının optimal yollarının tapılmasıdır.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Bakı Dövlət Universitetinin müəllimi Lamiyə Hacımuradova, BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev, həmin kafedranın baş müəllimi Aygün Əliyeva, İbtidai təhsil kafedrasının baş müəllimi Arzu Məmmədova, Şəmkir rayon M. Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin müəllimi Rəna Heydərzadə, Şəmkir rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi Hafiz Pənahov, Qazax şəhər Səməd Vurğun adına 2 №li tam orta məktəbin inklüziv sinfinin müəllimi Yetər Vəliyeva və başqaları çıxış edərək inklüziv təhsilin planlaşdırılması və tətbiq edilməsi ilə bağlı yetərli sübutlu bazanın toplanması məqsədilə keçirilən tədbirlərdən, aparılan araşdırmalardan, inklüziv təhsilə olan ehtiyacların qiymətləndirilməsindən və bu prosesdə iştirak edəcək müəllimlərin və digər mütəxəssislərin mövcud vəziyyətindən, valıdeynlərin maarifləndirilməsi sahəsində problemlərdən və ehtiyacların müəyyən edilməsindən danışıblar. Qabaqcıl iş təcrübəsi və onların ümumiləşdirilməsi məsələlərinə də aydınlıq gətirilib. Pedaqoji işçilərin peşəkarlığının yüksəldilməsi və valideynlərin maarifləndirilməsi sahəsində BSU-nun təqdim etdiyi layihənin faydalılığı və lazımlılığı iştirakçılar tərəfindən xüsusi vurğulanıb.

Xəbər lenti