Logo

AzMİU tələbələri dizayn müsabiqəsinin qalibi olublar

26.05.2023 15:23 300 baxış
IMG

“Re-TAŞ Ceramik” şirkəti tərəfindən təşkil edilən dizayn müsabiqəsinin final mərhələsi keçirilib.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, müsabiqəyə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, eləcə də sərbəst dizaynerlərdən ümumilikdə 75 iş təqdim olunub.

Gərgin mübarizənin sonunda AzMİU-nun tələbələri Albina Əbdülrəhimova 1-ci yerin, İzzət Əsgərli isə 3-cü yerin qalibi olub. 1-ci yerin qalibinə “Apple iPhone 13”, 3-cü yerin qalibinə isə “13.5’Full HD Led 60Hz Monitor” hədiyyə edilib.

Qeyd edək ki, müsabiqənin təbliğat-təşviqat işləri İtaliya–Azərbaycan Dizayn Mərkəzi tərəfindən həyata keçirilib. AzMİU-da 2019-cu ildə yaradılan mərkəzin qarşısında qoyulan əsas məqsəd ölkəmizdə dizayn ixtisası üzrə savadlı mütəxəssislər yetişdirmək, həmçinin dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə töhfə verməkdir.

Xəbər lenti