Logo

İyunun 6-dan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

26.05.2023 10:24 192 baxış
IMG

6 iyun saat 18:00-dan 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xəbəri rus dilində oxuyun: 6 июня будет приостановлен электронный перевод учащихся

Xəbər lenti