Logo

İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş olub - FOTO

25.05.2023 21:29 306 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, “Ədəbiyyat işığında” adlı tədbir Dövlət himni və Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kollecin direktoru Səhər Orucova ədəbiyyatın, bədii əsərlərin gənclərin tərbiyəsindəki rolundan bəhs edərək dövlətin də bu işdəki fəaliyyətindən söz açıb: “Ulu Öndər Heydər Əliyev ədəbiyyata həmişə yüksək qiymət verib. Onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin də ədəbiyyata, yazıçı və şairlərə göstərdiyi diqqət və qayğı əvəzsizdir”.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi janrlar şöbəsinin müdiri, Qadınlar Şurasının sədri, ədəbiyyatşünas, şair Gülxani Pənah, sədr müavini, yazıçı Salatın Əhmədli, əməkdaşı, şair Güləmail Murad, “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əlirza Xələfli, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasir, “Ulduz” jurnalının baş redaktorunun müavini, yazıçı Təranə Vahid, “Qobustan” jurnalının əməkdaşı Narıngül Nadir, AYB-nin Qəbul Komissiyasının katibi, tərcüməçi Məlahət Qənbərova iştirak ediblər. Onlar gənclərin potensialının üzə çıxarılmasında, dünyagörüşünün inkişafında bu cür görüşlərin rolundan danışıb, öz məsləhətlərini veriblər.

Tədbirdə şair və yazıçılar xatirələrini böülüşüb, şeirlər səsləndiriblər.

Xəbər lenti