Logo

Məktəblilər akademik Yusif Məmmədəliyevin Memorial Muzeyini ziyarət ediblər - FOTO

25.05.2023 20:44 297 baxış
IMG

Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, həmçinin 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər çərşivəsində 18-25 may tarixlərində məktəblilər üçün “Açıq qapı” muzey həftəsi keçirilir.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclər Mərkəzi, Yasamal Rayonu 31 saylı tam orta məktəbin müəllim və şagird heyəti akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olub və akademik Yusif Məmmədəliyevin Memorial Muzeyini ziyarət ediblər. Qonaqları institutun baş direktoru, akademik Vaqif Abbasov qəbul edib və onlarla səmimi söhbətlər aparıb.

Tədbirdə Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin “Sağlam həyat tərzi” dərnəyinin rəhbəri Aniyə Fərəcova, 31 saylı tam orta məktəbin kimya müəllimi Gülnarə Qasımova, valideyn komitəsinin sədri Nisə Rəhimova, məktəbin müxtəlif sinif şagirdləri və məzunu doktorant Malik Qasımzadə iştirak ediblər.

Xəbər lenti