Logo

“Gənclər üçün akademik Əli Quliyev” mükafatı təqdim olunub

25.05.2023 20:25 264 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) elmi işçisi İbadulla Mahmudov elmi fəaliyyətində fərqləndiyinə görə “Gənclər üçün akademik Əli Quliyev” mükafatına layiq görülüb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təqdimat mərasimində İbadulla Mahmudova diplom və pul mükafatını institutun baş direktoru akademik Vaqif Fərzəliyev və akademik Əli Quliyevin oğlu, Azərbaycan Tibb Universitetinin professoru Fikrət Quliyev təqdim ediblər.

Bu mükafat 10 ilə yaxındır ki, elmi fəaliyyətində xüsusi nailiyyətlər əldə etmiş bir gənc alimə hər il təqdim olunur.

İbadulla Mahmudov son bir ildə apardığı beynəlxalq səviyyəli tədqiqatın nəticələrini 3 nüfuzlu, impakt faktorlu jurnalda dərc etdirdiyi üçün bu mükafata layiq görülüb. O, Portuqaliyanın Lissabon Universitetində zərif üzvi sintez üsulları yeni üzvi birləşmələr və onların müxtəlif metal komplekslərinin sintezi və tədqiqi ilə bağlı təcrübədə iştirak edib.

Hazırda tədqiqatlarını AKİ-nin Fizioloji fəal üzvi birləşmələr laboratoriyasında elmi işçi kimi davam etdirir.

Xəbər lenti