Logo

“Drive” test şirkətinin prototip layihəsi hazırlanıb - FOTO

25.05.2023 18:24 90 baxış
IMG

ADA Məktəbi şagirdlərinin və fizika müəllimi Telman Askeraliyev təşəbbüsü ilə “Drive” test şirkətinin prototip layihəsi hazırlanıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, layihə telekommunikasiya sahəsində fəaliyyət göstərən “Azercell Telekom” MMC-nin aparıcı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və komanda şirkətin ofisinə dəvət edilib. “Azercell Telekom”un İnsan Kapitalının İdarə Edilməsi departamenti tərəfindən keçirilən görüşdə ADA Məktəbinin müəllim və tələbə heyəti iştirak edib. Şagirdlər şirkətin Şəbəkə Texnologiyası departamenti ilə tanış olub, onun iş prinsipini izləmək imkanı qazanıblar. Görüş zamanı məktəblilər şəbəkə əhatə dairəsi ilə bağlı araşdırmalarını təqdim edib, öz müşahidələrini bölüşüblər. Bu görüş onlar üçün nəzəriyyədə öyrəndiklərini real telekommunikasiya mühitində təqdim etmək və dəyərli təcrübə qazanmaq üçün vacib rol oynayıb.

ADA Universitetinin və onun tərəfdaşı olan Telekommunikasiya şirkətinin bu dəstəyi fizika sahəsində fənlərarası əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirib və layihənin uğurunun mühüm amillərindən birinə çevrilib. ADA Universitetinin elektrik mühəndisliyi üzrə professoru Visam El-Dayyenin də daxil olduğu müəllim heyəti layihə üçün lazımi məlumatları və inkişaf istiqamətləri ilə bağlı öz təcrübələrini komanda ilə bölüşüblər.

Qeyd edək ki, həm sənaye nümayəndələrinin, həm də akademik icmanın diqqətini çəkən bu layihə ADA Məktəbi şagirdlərinin və müəllimlərinin ixtiraçılıq qabiliyyətinin təcəssümüdür. Bu layihə, həmçinin məktəb, sənaye və Universitet tərəfdaşlığının uğurlu nümunəsidir.

Xəbər lenti