Logo

Bu günədək 25 mindən çox tələbə təhsil krediti almaq üçün müraciət edib

25.05.2023 17:00 202 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı vaxtdan bu günə qədər olan statistikası açıqlanıb.

Fonddan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 25 min 803 tələbə kredit almaq üçün müraciət edib.

TTKF fəaliyyətə başladığı gündən 18 min 709 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 6 min 836 nəfərin müraciəti sosial təhsil tələbə krediti, 11 min 873 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

Kredit alan tələbələrin 10 min 719-u qadın, 7 min 990-nı kişidir.

Xəbər lenti