Logo

Peyvənd olunanların sayı açıqlanıb

25.05.2023 16:50 245 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 200 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza vaksin vurduranların sayı 105, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 964 544, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 541, üç və daha çox doza vaksin vurduranların sayı 3 403 446, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 212 təşkil edir.

Xəbər lenti