Logo

“Metodik görüş” adlı yeni proqrama start verilir

25.05.2023 13:51 243 baxış
IMG

Mayın 26-dan “Metodik görüş” adlı yeni proqrama start veriləcək.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, əsas məqsəd müəllimlərə metodika ilə bağlı vacib məqamlarda dəstək olmaqdır. Proqramda metodika ilə bağlı toxunulacaq məqamlar sertifikasiyada və müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edəcək müəllimləri də dəstəkləyir.

Proqram metodika üzrə mütəxəssis Aynur Rüstəmovanın təqdimatında reallaşacaq. “Metodik görüş” hər həftənin cümə günü saat 20:00-da “T-Network”ün feysbuk səhifəsində canlı yayımlanacaq.

İlk mövzu “Effektiv müəllim-şagird münasibətləri necə qurulmalıdır?” sualının cavabına həsr edilib.

Xəbər lenti