Logo

BDU Elmi Kitabxanası “Necə nəşr etməli?” mövzusunda silsilə vebinarlara başlayıb

25.05.2023 13:15 282 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Necə nəşr etməli?” (“How to get published?”) mövzusunda silsilə vebinarlar keçiriləcək.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan vebinarlar may ayından başlayaraq sentyabradək ayda bir dəfə olmaqla təşkil ediləcək. Vebinarlar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorların iştirakı ilə aparılacaq. İlk vebinar mayın 24-də “Təsvirin tamlığı” (“İmage İntegrity”) mövzusunda keçirilib.

Vebinarlarda iştirak üçün: https://sagepub.zoom.us/webinar/register/5016844209655/WN_cqUTaNMfTBC9_ZwsRHvmDw#/registration linkindən qeydiyyatdan keçmək lazımdır.

Vebinar iştirakçılarına sonda “Sage“ nəşriyyatı tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, 2022-ci ildə də “Sage“ nəşriyyatı tərəfindən məqalə nəşrinin müxtəlif aspektlərinə dair silsilə vebinarlar keçirilib.

Xəbər lenti