Logo

“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim keçirilib

25.05.2023 12:46 326 baxış
IMG

Mayın 24-də Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim təşkil edilib.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, təlimdə Azərbaycan Respublikası Energetika Nazirliyinin 30 əməkdaşı iştirak edib.

Təlim zamanı dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib. Təlimin sonunda dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti