Logo

Tələbələr Yüksək Texnologiyalar Parkına ekskursiya ediblər - FOTO

25.05.2023 12:22 335 baxış
IMG

Qərbi Kaspi Universitetinin tələbələri Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) ekskursiyada olublar.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, universitetin Ekologiya fakültəsinin Ekologiya və ətraf mühit kafedrasının ikinci kurs tələbələrinin bu kafedranın müəllimi, k.ü.f.d. Səbiyə Osmanovanın rəhbərliyi ilə baş tutan ekskursiyasının əsas məqsədi tələbələrdə elmə, biliyə, yüksək texnologiyalara, o cümlədən texnoparkda reallaşdırılan layihələrə marağın artırılmasıdır.

Ekskursiya zamanı YTP-nin ərazisinə baxış keçirilib, tələbələr burada müasir tələblərə cavab verən iş şəraiti, texnoparkın rezidentləri ilə yaxından tanış olublar.

Tələbələrin texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodu ilə tanışlığı zamanı onlara zavodun əsas fəaliyyət istiqamətləri, burada istehsal olunan innovativ məhsullar barədə məlumat verilib.

Ziyarətçilər YTP-nin ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Mərkəzinin reallaşdırdığı layihələr, görülən işlərlə bağlı məlumatlandırılıblar.

YTP-də həyata keçirilən layihələr, buradakı maddi-texniki baza ekskursiya iştirakçılarının böyük marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti