Logo

BSU Biləsuvarda "İnklüzivliyə doğru növbəti addım" mövzusunda görüş keçirib - FOTO

25.05.2023 12:14 273 baxış
IMG

Mayın 23-də Bakı Slavyan Universiteti (BSU) tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbdə "İnklüzivliyə doğru növbəti addım" mövzusunda regional dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.

Tədbirdə BSU-nun Elm və innovasiyalar üzrə prorektoru Nailə Xəndanın rəhbərliyi ilə universitetin müvafiq kafedra əməkdaşlarından ibarət bir qrup nümayəndə heyəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza Komissiyasının Lənkəran şöbəsinin sədri H.Abdullayev iştirak edib.

Öncə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tədbiri açıq elan edərək, qonaqları və tədbir iştirakçılarını salamlayıb.

BSU-nun Elm və innovasiyalar üzrə prorektoru Nailə Xəndan çıxış edərək, rektor Anar Nağıyevin salamlarını dəyirmi masa iştirakçılarına çatdırıb. O, belə əhəmiyyətli mövzunun müzakirəsinə qatılan hər kəsə təşəkkürünü bildirib. İnklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən olduğunu qeyd edən prorektor bu mövzu ətrafında universitetdə silsilə tədbirlər keçirildiyini sözlərinə əlavə edib.

Sonra tədbir mövzu ilə bağlı çıxışlarla davam edib. Tədbirdə Təhsil fakültəsinin dekanı Sevinc Axundova, İbtidai təhsil kafedrasının müdiri Aytəkin Axundova, İbtidai təhsil kafedrasının baş müəllimi Arzu Məmmədova, Şirvan şəhər 10 saylı məktəbin İnklüziv sinif müəllimi Pərvanə Qarayeva, K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin psixoloqu Mədinə Quliyeva, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin defektoloq-loqopedi Ədilə Əhmədova və başqaları çıxış edərək inklüziv təcrübə ilə bağlı məlumatlar veriblər. Dəyirmi masada, həmçinin SİM uşaqların cəmiyyətə qazandırmağın ilk yolunun ailədən keçdiyi də qeyd edilib.

Sonda mövzu ətrafında təkliflər irəli sürülüb, müzakirələr aparılıb və inklüziv təhsilin tətbiqi ilə bağlı Şirvan-Salyan RTİ tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, ibtidai sinif müəllimləri və psixoloqlar arasında anket-sorğu keçirilib.

Xəbər lenti