Logo

Azərbaycan Texnologiya Universitetində məzunlar üçün əmək yarmarkası keçirilib - FOTO

25.05.2023 11:24 187 baxış
IMG

Əmək yarmarkası Azərbaycan Texnologiya Universitetinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.

"Tehsil.biz"in məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərov, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri, müəllim və tələbə kollektivi iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yaşar Ömərov çıxış edərək, universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb.

Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamayaraq, məzun yarmarkalarının ali təhsilin keyfiyyətində yüksəlişə səbəb olduğunu bildirib.

Tədbirdə çıxış edən natiqlər işəgötürənlərə və iş axtaranlara uğurlar arzulayıblar.

Daha sonra ATU-da bu il məzun olacaq 660 tələbə və magistr, eləcə də ötən illərin məzunları işəgötürənlərin məlumat lövhələrində əks olunan vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər.

Qeyd edək ki, əmək yarmarkasında ümumilikdə 40-dan çox müəssisə tərəfindən 400-dən artıq vakansiya təqdim olunub.

Xəbər lenti