Logo

ADNSU-da “Yuxu ilə həqiqət arasında” tamaşası nümayiş olunub - FOTO

25.05.2023 11:16 199 baxış
IMG

Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azİİ Teatr klubunun təqdimatında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Yuxu ilə həqiqət arasında” tamaşası nümayiş olunub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Protokol xidmətinin rəhbəri Sürəyya Nağıyeva iştirakçıları Azİİ Teatr klubu adından salamlayaraq tamaşanın ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bildirib. O, gəncləri Azərbaycanın gələcəyi adlandıran Ulu öndərdən ilhamlanaraq elm və təhsil yolunda irəliləməklə yanaşı, onları maarifləndirmək məqsədi ilə teatrın sehrli gücündən istifadə etmək qərarına gəldiklərini qeyd edib.

Sonra ADNSU tələbələrinin səhnələşdirdiyi 7 hissəli “Yuxu ilə həqiqət arasında” tamaşası nümayiş olunub. Rollarda mühəndis texniki istiqamət üzrə təhsil alan tələbələr olmasına baxmayaraq, onlar böyük ruh yüksəkliyi ilə bir-birindən maraqlı və dinamik obrazlar yaratmağı bacarıblar. Tamaşada tələbələrin canlandırdığı obrazlar vasitəsilə elmin, biliyin əhəmiyyəti vurğulanıb, cahilliyin XXI yüzillikdə də davam etməsi, müasir texnologiya əsrində gənclərin elmə və maariflənməyə, Azərbaycanın adını yüksəltməyə olan ehtiyacı yüksək səviyyədə təqdim olunub. Qeyd edək ki, tamaşanın ssenari müəllifi “Humanitar fənlər” kafedrasının müəllimi f.ü.f.d. Vəfa Abbasovadır. Ciddi zəhmət və peşəkar yanaşma ilə ərsəyə gələn, o cümlədən tələbələrin yüksək bacarıqla təqdim etdikləri tamaşa izləyicilər tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Xəbər lenti