Logo

Məktəblərdə reproduktiv sağlamlığa dair maarifləndirmə işləri keçirilir - FOTO

25.05.2023 10:56 192 baxış
IMG

Ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri həyata keçirilib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, eləcə də “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyləri nəticəsində təşkil olunub. Məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”ndan irəli gələn məsələlərin icrasının təmin edilməsindən ibarətdir.

Maarifləndirmə işləri yenidən təkmilləşdirilmiş “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” əsasında aparılıb.

Qeyd edək ki, ölkə üzrə 3 274 ümumi təhsil müəssisəsində 108 004 nəfər 8-ci, 102 463 nəfər 9-cu sinif şagirdinə metodiki vəsaitə əsasən sinif saatlarında məşğələlər keçirilib. Məşğələlər sinif rəhbərləri, müvafiq fənn müəllimləri və mütəxəssislər tərəfindən aparılıb. Eyni zamanda mövzuya həsr edilmiş 1 376 valideyn iclası təşkil olunub.

Xəbər lenti