Logo

AzTU-da Ulu Öndərin 100 illiyinə həsr olunan intellektual yarış keçirilib - FOTO

25.05.2023 10:42 229 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) “YENİ Klub”un təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Yarışda AzTU-nun bütün fakültələrindən tələbələr iştirak edib. Suallar Ulu Öndərin həyat və fəaliyyətini, həmçinin tələbələrin dünyagörüşünü əhatə edib.

Yarışın sonunda qalib komandaların adları açıqlanıb. Nəticələrə əsasən, 1-ci yerə Xüsusi texnika və texnologiya, 2-ci yerə Nəqliyyat və logistika, 3-cü yerə isə İqtisadiyyat və idarəetmə fakültəsinin komandası layiq görülüb.

Xəbər lenti