Logo

Türkiyənin Akdeniz Universitetinin nümayəndəsi BMU-da səfərdədir - FOTO

25.05.2023 10:33 163 baxış
IMG

Türkiyənin Akdeniz Universitetinin Dənizçilik-Liman İdarəetmə Bölməsi və Peşə Məktəbinin əməkdaşı Mehlika Arısoy “Erasmus+KA1” mübadilə proqramı çərçivəsində Bakı Mühəndislik Universitetində (BMU) səfərdədir.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bır sıra görüşlər keçirilib.

BMU-nun Logistika və nəqliyyat texnologiyaları kafedrasının müəllim-professor heyəti ilə görüşdə əməkdaşlıq və əlaqələrin qurulmasının mümkün yolları müzakirə edilib. Qonağa BMU-da yaradılan təhsil mühiti və təhsil proqramları haqqında ətraflı məlumat verilib.

Bir həftəlik səfər proqramına uyğun olaraq Mehlika Arısoy tələbələr qarşısında mühazirə ilə çıxış edib.

BMU-nun tədris binaları, Texnoparkı ilə də yaxından tanış olan qonaq həmçinin, Abşeron Logistika Mərkəzini ziyarət edib, infrasturuktur və iş prosesi ilə yaxından tanış olub.

Xəbər lenti