Logo

ADMİU tələbələri “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı”nda - FOTO

25.05.2023 10:32 215 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Özbəkistanda I “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı”nda iştirak edirlər.

Bu barədə "Tehsil.biz"ə ADMİU-dan məlumat verilib.

Bildirilib ki, mayın 26-dək TÜRKSOY-un təşkilatçılığı, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Daşkənddə Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilən festivala ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın rəhbərliyi ilə universitetin nümayəndə heyəti də qatılıb.

Festival çərçivəsində keçirilən Türk Dövlətləri Sənət Universitetləri Birliyinin I toplantısında professorlar Ceyran Mahmudova və İsrafil İsrafilov da iştirak ediblər. Ceyran Mahmudovaya Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun özəl mükafatı təqdim edilib.

Festivalın ikinci günü ADMİU-nun Dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan tələbələri Tuncer Cücənoğlunun “Uçqun” psixoloji dramı ilə uğurla çıxış ediblər. Kursun rəhbəri Əməkdar artist dosent Yaqut Paşazadədir.

Xəbər lenti