Logo

MDU-da öyrən və tətbiq et formatında seminar keçirilib - FOTO

25.05.2023 09:13 232 baxış
IMG

Mayın 22-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Marketinq bacarıqları” mövzusunda öyrən və tətbiq et formatında seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə MDU-dan məlumat verilib.

Bildirilib ki, universitetin bir qrup tələbə və magistrantının iştirak etdiyi seminarda MDU-nun Elm və innovasiyalar şöbəsinin böyük mütəxəssisi Günel Kərimli və İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Kənan Mustafayev təqdimatla çıxış ediblər.

Təqdimat zamanı marketinqin əsasları, satış bacarıqları, reklam və tanıtımın növləri, kommunikasiyanın genişləndirilməsi mexanizmləri, rəqabət bazarının seqmentləşdirilməsi, verilənlər bazasının səmərəli idarə edilməsi, müştəri məmnunluğunun davamlılığının təmin edilməsi və strategiyanın qurulması haqqında ətraflı məlumat verilib və tətbiqi xarakterli tapşırıqlar yerinə yetirilib.

Maraqla qarşılanan seminarda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti