Logo

AzTU ilə Bahçeşehir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

24.05.2023 19:07 221 baxış
IMG

Türkiyənin Bahçeşehir Universitetinin rektoru professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Görüş zamanı rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər və yeniliklər barədə məlumat veriblər. Həmçinin AzTU ilə Bahçeşehir Universiteti arasında müvafiq sahələr üzrə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sonra hər iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xəbər lenti