Logo

Aşıq Ələsgərin heykəlinin hazırlanmasına başlanıldı

24.05.2023 18:10 182 baxış
IMG

Aşıq Ələsgərin heykəlinin hazırlanması prosesinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə APA-ya açıqlamasında abidənin müəllifi, Xalq rəssamı Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda abidənin gildən hazırlanma prosesi həyata keçirilir.

Abidənin nə zaman hazır olacağına toxunan heykəltəraş bildirib ki, bununla bağlı yekun tarix demək üçün hələ tezdir: “Çünki bu, yaradıcı bir işdir, amma yəqin ki, yaxın zamanlarda iş yekunlaşar”.

Heykəltəraşın sözlərinə gözə, abidə hazır olduqdan sonra ekspert rəyi veriləcək: “Bunun üçün xüsusi ekspert komissiyası var”.

Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.

Xəbər lenti