Logo

“Gənc istedadlar” liseyinin şagirdləri Üzeyir Hacıbəylinin ev-muzeyində olublar

24.05.2023 17:55 200 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Ümummilli Lider Heydər Əliyevin 100 illik  yubileyi ilə əlaqədar dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyinə ekskursiya ediblər.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Şagirdlər Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə yaxından tanış olub və muzey eksponatları vasitəsilə maraqlı faktlar öyrəniblər.

Ekskursiya zamanı Ümummilli Lider  Heydər Əliyevin mədəniyyət tariximizin dahi bəstəkarı, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, ictimai xadim Üzeyir Hacıbəyliyə xüsusi sevgisi və rəğbəti olduğu da qeyd edilib.

Xəbər lenti