Logo

"Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin CV turu başlayıb

24.05.2023 16:57 171 baxış
IMG

"Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin CV turu start götürüb.

Tehsil.biz xəbər verir ki, müraciətlər mayın 31-dək qəbul ediləcək.

CV turunda iştirakçıların şəxsi kabinetə daxil olaraq “Şəxsi məlumatlar” bölməsində özləri haqda ətraflı məlumatları daxil etmələri tələb olunur.

CV turunda iştirak etməyən namizədlər əyani mərhələyə buraxılmayacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Xəbər lenti