Logo

BDU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda

10.03.2021 13:56 626 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə “Analysis and Mathematical Physics” 2.056  yüksək impakt faktorlu  Q1 kateqriyalı jurnalda dərc edilib.

 

(https://www.springer.com/journal/13324)
“Bircins tipli fəzalarda təyin olunmuş Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr maksimal operator və onun kommutatorunun məhdudluğunun xarakterizasiyası” adlı məqalədə bircins tipli fəzalarda təyin olunmuş Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr maksimal operatorun məhdudluğu üçün meyarlar alınəb.  Bu nəticələrin tətbiqi olaraq bircins tipli fəzalarda təyin olunaraq Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr maksimal kommutator operatorun məhdud olması üçün zəruri və kafi şərtlər müəyyən edilib.

 

Məqaləni oxumaq üçün linkə keçid edin: 


https://link.springer.com/article/10.1007%2Fs13324-021-00497-1

Xəbər lenti