Logo

Şəkidə zəhərlənmə olan məktəbdə dərslər dayandırılıb

24.05.2023 14:21 280 baxış
IMG

Şəkidə zəhərlənmə baş verən məktəbdə dərslər dayandırılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınıb:

"Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Gecə saatlarında daha bir neçə şagirddə yaranmış narahatlığa görə onlar da xəstəxanaya gətiriliblər. Hazırda həmin şagirdlərin vəziyyətlərinin normal olduğu və günün sonuna kimi həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılacağı bildirilir.

Məlumat üçün onuda bildirək ki, təhsil müəssisəsində yaranmış problemi aradan qaldırmaq üçün bu gün, yəni mayın 24-də məktəbdə əyani dərslər keçiriləməyib”.

Xəbər lenti