Logo

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

24.05.2023 12:35 321 baxış
IMG

"Bədən tərbiyəsi və idman” istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, vəsaitdə idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrinə aid olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, normativlər, bir sözlə, abituriyentlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.

Vəsaitdə, həmçinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahan proqramları, qiymətləndirmə meyarları, tövsiyələr və digər zəruri materiallar verilib.

Nəşri “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl də xüsusi qabiliyyət imtahanları üzrə müvafiq vəsaitlər çap olunub.

Vəsaitlərin elektron versiyaları (PDF formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

1. Təsviri sənət və Memarlıq

2. Musiqi sənəti

3. Teatr, kino və xoreoqrafiya sənətləri

4. Bədən tərbiyəsi və idman

Vəsaitləri “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Xəbər lenti