Logo

1200-dən çox məhkum peşə təhsilinə cəlb olunub

10.03.2021 13:08 544 baxış
IMG

Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən 9 peşə məktəbi, 9 peşə filial və qruplarında 17 ixtisas üzrə 61 qrupda 1200 nəfərdən çox məhkum peşə təhsilinə cəlb olunub.

 

Bu barədə Azvision.az - ın sorğusuna cavab olaraq Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, peşə məktəblərinin və filiallarının tədris emalatxanaları, tədris kabinetləri, laboratoriyaları və sinifləri cəzaçəkmə müəssisəsi daxilində yerləşir.
 

"Cəzaçəkmə müəssisələrində təhsil alan məhkumların yaş həddi əsasən 24-50 yaş arasıdır. Eyni zamanda, Penitensiar müəssisələrdə 6 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 54 sinifdə 900-ə yaxın məhkum tədrisə cəlb olunub. Bu məktəblərdə təhsil alan məhkumların yaş qrupu 15-45-dir", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti