Logo

Türkiyəli professor Cəlal Şəngör palçıq vulkanları ilə tanış olub - FOTO

24.05.2023 11:05 176 baxış
IMG

Azərbaycanın palçıq vulkanları ilə tanışlıq məqsədilə səfərə gəlmiş türkiyəli geoloq professor Cəlal Şəngör Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi, dosent Orxan Abbasov və kiçik elmi işçi Elnur Baloğlanovun müşayiəti ilə palçıq vulkanları ilə tanış olub.

"Tehsil.biz"in məlumatına gğrə, qonaqla yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Fransa-Azərbaycan Universitetinin tələbələrindən ibarət kollektiv də ekskursiyaya qoşulub. ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyası kimi çoxsaylı nüfuzlu qurumun üzvü seçilmiş alimi və yerli qonaqları Azərbaycan palçıq vulkanları ilə tanış etmək, onların fəaliyyət xüsusiyyətləri, əmələgəlmə prosesi kimi maraq doğuran məsələlərə aydınlıq gətirmək missiyasını daşıyan institut alimləri qonaqların vulkanlara, Azərbaycanın geologiyasına və geotektonikasına dair çoxsaylı suallarını cavablandırıblar.

İnstitutun alimləri Cəlal Şəngörə “Azərbaycanın palçıq vulkanları atlası”nı, geoloji və tektono-geodinamik xəritələri, “Palçıq vulkanizmi” kitabını və vulkanların püskürmələrinə dair üç dildə nəşr olunmuş kataloqları da təqdim ediblər.

Xəbər lenti