Logo

"HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar" adlı tədbir keçirilib - FOTO

24.05.2023 09:39 208 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə Dillər Universitetindən məlumat verilib.

Bildirilib ki, tədbirdə ADU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir “HEYDƏR ƏLİYEV 100.  Sitatlar və kəlamlar” adlı kitabın təqdimatı ilə başlanıb. Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, fil.f.d., dos. X.S.Əsgərova Təhsil 1 fakültəsində “Alman dili ixtisası” üzrə təhsil alan tələbələrin səyi nəticəsində ərsəyə gələn kitab haqqında məlumat verib və onu ideya müəllifi və ilk oxucusu kimi universitetin rektoru akademik Kamal Abdullaya təqdim edib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin müxtəlif mövzularda çıxış və məruzələrindən ibarət videoçarx nümayiş olunub. Həmin sitat və kəlamlar tələbələrin ifasında alman dilində sələndirilib.

Universitetin rektoru akademik Kamal Abdulla iştirakçı tələbələrə təşəkkürnamə təqdim edib.

Xəbər lenti