Logo

DİM-in ekspertləri imtahan materiallarını ekspertiza etmək məqsədilə Tbilisiyə səfər ediblər

23.05.2023 21:24 272 baxış
IMG

15-19 may tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşlıq etdiyi fənn ekspertləri Faiq Babayev və Səbinə Ömərova Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində imtahan materiallarının ekspertizasında iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, Azərbaycan və gürcü dillərində dilin qiymətləndirilməsi alətlərinin hazırlanması istiqamətində DİM Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi ilə artıq 3-cü ildir ki, Memorandum çərçivəsində əməkdaşlığını davam etdirir.

Əməkdaşlıq çərçivəsində DİM Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində qapalı şəraitdə Azərbaycan dilinə tərcümə olunmuş Müəllimlərin Peşəkar İxtisasartırma İmtahanı və qəbul imtahanı materiallarını nəzərdən keçirmək və yoxlamaq məqsədilə ekspertlər təyin edib və Tbilisəyə göndərilməsini təmin edib. Ekspertiza edilən fənlər Müəllimlərin Peşəkar İxtisasartırma imtahanının fənləri – riyaziyyat, fizika, kimya, biologiya, musiqi, həyat bilgisi, incəsənət, coğrafiya, İKT, tarix, idman istiqamətində olub. Qəbul imtahanı üçün isə ümumi biliklər istiqamətində imtahan sualları ekspertiza olunub.

Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi isə əməkdaşlıq çərçivəsində DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9-cu və 11-ci siniflər) istifadə etdiyi test bankının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi, gürcü dilinə tərcümə edilməsi istiqamətində işlər görüb.

Xəbər lenti