Logo

AƏSMA-da universitetlərarası intellektual yarış keçirilib - FOTO

23.05.2023 20:21 421 baxış
IMG

Mayın 23-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında YENİ Klub və Tələbə Elmi Cəmiyyətlə birlikdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş universitetlərarası intellektual yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, yarış 3 raunddan ibarət oldu.1-ci raund " Heydər Əliyev və Azərbaycançılıq" 2-ci raund " Zəfər tarixi" 3-cü raund "Dünya görüşü" olub.

Yarışda 1-ci yerin qalibi Sumqayıt Dövlət Universiteti, 2-ci yerin qalibi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, 3-cü yerin qalibi Azərbaycan Texniki Univeristet olub.

Qalib komandaları Tələbə Elmi Cəmiyyətin rəhbəri Aygün Bağırzadə və AƏSMA YENİ Klubun rəhbər Mülayim Salmanzadə mükafatlarla təltif edib.

Digər komandalar sertifikatla dəyərləndirilib.

Yarış Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə yekunlaşıb.

Xəbər lenti