Logo

BMU-da “Excel ilə data analizi” adlı təlim keçirilib - FOTO

23.05.2023 18:32 185 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə tələbələr üçün “Excel ilə data analizi” adlı təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, “Handex” MMC-nin təlimçisi Rəşad Qurbanov tələbələrə data anlayşı, data məlumatların əldə olunma mərhələləri, data analizi və biznes analizi haqda məlumat verib, həmçinin data analizinin biznesdə faydaları, düzgün strategiya və qərarverməyə təsiri barədə ətraflı danışıb.

Tələbələrlə interaktiv formatda keçirilən təlimdə R.Qurbanov bazar araşdırmaları zamanı toplanan məlumatlar əsasında biznes sahəsində vizual cavablara əsaslanaraq, mövcud vəziyyətin dəyərləndirilməsi, eyni zamanda biznesin inkişafına təkan verəcək doğru və effektiv qərarların verilməsi prosesini konkret təcrübə və nümunələr üzərindən izah edib.

Təlim iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.

Xəbər lenti