Logo

Doktorantlar Almaniyada təqaüdlü təhsil imkanları barədə məlumatlandırılıb

23.05.2023 18:04 189 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) doktorantlar və akademik heyət üçün növbəti məlumatlandırma sessiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, “Almaniyada təqaüdlü təhsil və tədqiqat imkanları” mövzusunda təşkil olunan infosessiyada Alman Akademik Mübadilə Xidmətinin AzTU-da alman dilinin tədrisinə cəlb olunan müəllimi Klaudio Kasperl çıxış edib. O, Alman Akademik Mübadilə Xidmətinin doktorantura səviyyəsində təqaüd proqramları, habelə akademik heyət üçün tədqiqat imkanları, müraciət üçün şərtlər, tələb olunan sənədlər toplusu və seçim meyarları barədə ətraflı məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti