Logo

BDU əməkdaşları çirkləndirici maddələri parçalayan su təmizləmə robotu hazırlayıblar - FOTO

23.05.2023 17:31 182 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı Reyhan Mirsultanovanın Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olan “Su mühitində müxtəlif çirkləndirici maddələrin parçalanması” layihəsi yekunlaşıb.

BDU-dan "Tehsil.biz"ə layihə çərçivəsində hazırlanan su təmizləmə robotu su mühitində olan müxtəlif tullantıların yığılmasını həyata keçirmək üçün nəzərdə tutulub.

Məlumdur ki, çirklənmə indeksi 77.8 olan Xəzər dənizinin 2 əsas çirklənmə mənbəyi mövcuddur: neft əsaslı kimyəvi çirkləndiricilər, plastik əsaslı tullantıların dənizə axıdılması səbəbiylə yaranan çirklənmə.

Layihədə hazırlanan robot üçlü hibrid nanokatalizatorlar sayəsində su mühtində olan kimyəvi çirkləndiricilər ilə, ferromaqnit tərkibli palet mexanizmi sayəsində isə plastik tullantılarla mübarizə aparacaq gücə sahibdir.

Tam avtonom hərəkət edə bilən su təmizləmə robotu su üzərində olan tullantıları müəyyən edərək onları avtomatik toplaya biləcək.

Layihə 40 nəfərdən artıq BDU tələbəsinin iştirakı ilə Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində hazırlanıb və tələbələrə elektronika, süni intellekt və mexanika üzrə təlimlər keçirilib.

Sonda layihədə iştirak edən tələbələr sertifikat ilə təltif ediliblər.

Xəbər lenti