Logo

Sumqayıt məktəbində sinif jurnalı itib, araşdırma aparılır

23.05.2023 16:27 4003 baxış
IMG

Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbin 11Ç sinfinin jurnalı itib.

"Tehsil.biz"ə daxil olan məlumata görə, məktəb direktoru sinif jurnalının itməsini ört-basdır edərək məsələni Abşeron-Xızı Regional Təhsil İdarəsindən gizlədir.

Məsuliyyəti həmin sinifdə oxuyan şagirdlərin üzərinə atan məktəb direktoru jurnalı şagirdlərin itirdiyini iddia edir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır, ətraflı məlumat veriləcək.

Kənan Nağıbəyl

Xəbər lenti