Logo

AƏSMA-nın müəllimi və tələbələri nümunəvi seminar təşkil ediblər - FOTO

23.05.2023 16:14 279 baxış
IMG

Mayın 22-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Maliyyə-İqtisad fakültəsinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Aytən Ağayeva, 134 saylı qrup tələbələri Məmmədzadə Yusif, Əhmədova Gülnar, Əliyeva Fatimə, İbrahimli Aytac, Cəfərov Afiyyədin, Nuriyev Vüsal ilə birlikdə "Rəqəmsal iqrisadiyyat" fənnindən "Rəqəmsal iqtisadiyyat şirkətlərin timsalında: META-Facebook" mövzusunda nümunəvi seminar təşkil ediblər.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, seminarda feysbukun yaranma tarixi, gəlirləri və gəlir mənbələri, istifadəçilərin sayı, gizlilik və.s məlumatlar haqqında ətraflı çıxış edibər.

Həmçinin seminarda tələbələr tərəfindən keyslər həll olunub model və mexanizmlər qurulub. Seminarda akademiyanın professor-müəllim heyəti i.e.d İsmayılov V.İ, dos Mirzəyeva H.Ə, dos. Mikayılova N.Y, dos, Əlizadə Z.M, Mirzəyev H.Q. iştirak edib. Seminar maraqla qarşılanıb.

Sonda xatirə şəkli çəkilib.

Xəbər lenti