Logo

Şəkidə məktəbdə zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır

23.05.2023 16:00 203 baxış
IMG

Şəki rayonunun Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Tehsil.biz xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

Hazırda araşdırma davam etdirilir.

Həmçinin oxuyun: Regional Təhsil İdarəsi zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb

Xəbər lenti