Logo

DİM «Magistr» jurnalının 3-cü nömrəsini nəşr edib

23.05.2023 15:53 285 baxış
IMG

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 3-cü nömrəsini nəşr edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" təqdim olunub.

Jurnalda həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2023/2024-cü tədris ili üçün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasına qəbul elanı da dərc edilib.

«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal).

Xəbər lenti