Logo

Ekologiya liseyində “Azərbaycan-İordaniya əlaqələri” adlı tədbir keçirilib - FOTO

23.05.2023 15:45 412 baxış
IMG

Mayın 23-də Bakı şəhəri Nərimanov rayonunda yerləşən Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində OCEP layihəsi çərçivəsində “Azərbaycan-İordaniya əlaqələri” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri cənab Sami Asem Ğoşeh, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, Milli Olimpiya Komitəsinin departament rəhbəri Səkinə Vəliyeva, OCEP layihəsinin eksperti Mərziyə Rzayeva, Dünya və Avropa çempionu, Tokia Yay Olimpiya oyunlarının gümüş medalçısı Rafiq Hüseynov, liseyin müəllim, şagird və valideynləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə liseyin direktoru, filologiya üzrı fəlsəfə doktoru Arif Əsədov açaraq Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasındakı mehriban münasibətlərdən, ölkələrimizin mədəni və iqtisadi əlaqələrindən danışıb. O bildirib ki, cənab prezidentimiz İlham Əliyevin İordaniyaya səfəri, İordaniya Kralı II Abdullahın Azərbaycana səfəri, müxtəlif beynəlxalq təşkilatların tərkibində iki ölkənin bir-birini dəstəkləməsi xalqlarımız və dövlətlərimiz arasındakı möhkəm bağlılıqdan xəbər verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov nitqində ölkələr və mədəniyyətlər arası münsibələrin inkişaf etdirilməsinin vacibliyini bildirib. O, ekologiya liseyinin uğurlarından və görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayıb. 

İordaniya səfiri cənab Sami Asem Ğoşeh bildirib ki, ölkələrimiz arasında mədəni əlaqələrin tarixi qədimdir və onu daha da inkişaf etdimək zəruridir. 

Tədbirdə çıxış edən Dünya və Avropa çempionu, 291 nömrəli liseyin məzunu Rafiq Hüseynov idmanın şəxslərin həyatındakı rolundan, xalqlar və ökələr arasındakı dostluğun inkişaf etdirməsindən danışıb.

Sonra liseyin müəllimi Ülviyyə Adıgözəlova tərəfindən hazırlanmış “Azərbaycan-İordaniya dostluğu” guşəsinin açılışı baş tutub.

Daha sonra liseyin şagirdlərinin tarix müəllimi Ziyafət Nəcəfovanın rəhbərliyi ilə hazıladıqları “İordaniyaya virtual səhayət” adlı təqdimatı nümayiş etdirilib.

Xəbər lenti