Logo

Bakıda I siniflərə qəbulla bağlı müsahibə prosesi izlənilib - FOTO

22.05.2023 18:09 281 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi izlənilib. 

"Tehsil.biz"in məlumatına görə, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə və Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov müsahibənin gedişini yaxından izləyib, müsahibə komissiyalarında yaradılan şəraitlə tanış olub, valideyn məmnunluğu və şəffaflığın təmin edilməsi istiqamətində atılan addımlarla bağlı tövsiyyələrini veriblər.

Qeyd edək ki, paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 3 mərkəzdə 11 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir. Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Onu da qeyd edək ki, müsahibə üçün qeydiyyatın 31 may 2023-cü il saat 18:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələr 9 iyun 2023-ci il tarixinədək davam edəcək. 

Xəbər lenti