Logo

Quyuya düşüb ölən azyaşlılar bu məktəbin şagirdləri imiş...

19.05.2023 10:22 883 baxış
IMG

Mayın 17-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşərək ölüblər.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, azyaşlılar Maştağa qəsəbəsində yerləşən məktəblərin şagirdləri olublar.

Belə ki, uşaqlardan biri olan Ağa Taleh oğlu Rəhimov C.Cabbarlı adına 187 nömrəli məktəbin 3-cü sinfində, digər azyaşlı Hüseyn Mətləb oğlu Qasımov isə N.Nərimanov adına 128 nömrəli məktəbin 2-ci sinfində təhsil alırmış.

Qeyd edək ki, onlar quyu olan ərazidə oyun oynayan zaman ehtiyatsızlıqdan quyuya yıxılıblar. Hadisə zamanı hər iki uşaq ölüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Kənan Nağıbəyli

Xəbər lenti