Logo

262 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirilib - VİDEO

18.05.2023 17:39 464 baxış
IMG

"Heydər Əliyev İli" çərçivəsində Suraxanı rayonu 262 saylı körpələr evi-uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin giriş hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirin ədəbi hissəsi başlayıb. Bağçanın körpə fidanları Ulu Öndər Heydər Əliyevə, Azərbaycana aid şeirlər söyləyib, mahnılar ifa edib və rəqslər nümayiş etdiriblər.

Xəbər lenti