Logo

Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - RƏSMİ

18.05.2023 11:40 3440 baxış
IMG

"İlk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və onların əmək müqaviləsinə xitam veriləcək".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, təkrar imtahanda iştirak edə bilməyən namizədlər üçün hər hanısa bir güzəşt tətbiq olunmur:

“Birinci imtahanda müəllim tutaq ki, hansısa səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq buna güzəşt olmur”.

Kənan Nağıbəyli

Xəbər lenti