Logo

SOCAR əməkdaşları üçün Layihələrin idarə edilməsi təlimi keçirilib - FOTO

17.05.2023 10:11 453 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) şirkətin maliyyə dəstəyi, Ali Məktəb və “Baku School of Management” MMC-nin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi” təlimi keçirilir. 

Tehsil.biz xəbər verir ki, təlim Layihə İdarəetmə İnstitutunun (PMI®️) təqdim etdiyi beynəlxalq Peşəkar Layihə İdarəetməsi (PMP®️) sertifikatını əldə etmək istəyən layihə menecerlərinə və layihələrin idarə edilməsi üzrə mütəxəssislərə tələb olunan bilikləri qazandırmaq məqsədi daşıyır.

Açılışda çıxış edən BANM-in rektoru Elmar Qasımov təlimin əhəmiyyətindən bəhs edərək iştirakçıların layihələrin idarə edilməsi sahəsində lazımi bilik və bacarıqlar qazanacağına, əldə etdikləri biliklərin faydalı olacağına əminliyini bildirib.

SOCAR-ın İnsan Resursları Departamentinin rəis müavini Elnur Hüseynov iştirakçılara uğurlar arzulayıb və vurğulayıb ki, bu təlim onların imtahanda uğur əldə etməsi, qazandıqları biliklərin təcrübədə istifadə olunması baxımından əhəmiyyətlidir.

Təlimə SOCAR-ın 30 nəfər əməkdaşı qatılıb. İştirakçılar 2 qrupa bölünüb və təlim 5 həftəlikdir.

Təlim Los-Anceles Kaliforniya Universitetinin Layihə İdarəetməsi Proqramını fərqlənmə ilə bitirmiş, Kaliforniya İdarəetmə və Elmlər Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə malik Emil Məmmədov tərəfindən keçirilir.

Xəbər lenti