Logo

Tələbələr kibertəhlükəsizlik üsulları barədə məlumatlandırılıb - FOTO

17.05.2023 09:45 394 baxış
IMG

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, professor Tahirə Allahyarova tələbələrə “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” mövzusunda təqdimat-mühazirə deyib. Professor bildirib ki, kibercinayət müasir dövrdə informasiya anlayışına bitişik formada yayılır: “Bu gün artıq informasiya kibervirusa bulaşıb, insanların, xalqların və dövlətlərin taleyi baytlarda gizlənən kiberviruslardakı pozucu fəaliyyətdən asılı duruma düşüb”.

Azərbaycan kiberməkanının sərhədlərini gələcəyin jurnalistlərinə izah edən qonaq proaktiv təhsilin önəmini xüsusi vurğulayıb.

İnteraktiv keçən görüş tələbələrdə bu sahəyə maraq oyadıb.

 

Xəbər lenti