Logo

BDU tələbələri “2023 – Heydər Əliyev İli” kitab sərgisində - FOTO

15.05.2023 20:15 465 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “2023 – Heydər Əliyev İli” kitab sərgisində olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

BDU tələbələrini sərgi ilə tanış edən kitabxananın direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda kitabxana quruculuğuna daim böyük önəm verməsindən, bu sahənin bir sistem kimi formalaşmasına, xüsusilə Milli Kitabxanaya göstərdiyi diqqət və qayğıdan danışıb.

Tələbələr kitab sərgisi ilə yanaşı, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan xalqının Ümummilli Lideri – Heydər Əliyev” adlı elektron məlumat bazası ilə də tanış olublar.

Xəbər lenti