Logo

Nizami rayonunda polis məktəblilərlə görüşüb - FOTO

15.05.2023 19:56 230 baxış
IMG

Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 214 saylı tam orta məktəbdə “Azərbaycan gəncləri narkotikə yox deyir!” mövzusunda maarifləndirici görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə çıxış edən RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyev gələcəyimiz olan bu gün isə parta arxasında əyləşən yeniyetmələrə narkotiklərin mənfi fəsadları barədə geniş məlumat verib. Polis rəisi şagirdlərə narkotiklərdən uzaq durmağın, qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal müəllimlərə və polislərə məlumat verməyin vacib olduğunu bildirib.

Çıxış edənlər narkotiklərin qarşısının alınmasında hər bir vətəndaşın fəal olmalı, bu maddələrin yayılmasına qarşı birgə mübarizə aparmalı olduqlarını diqqətə çatdırıblar.

Tədbirdə həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti